Əlaqə Arxiv
news Image
2017.08.17
17:38
| A A A
Nazim İbrahimov yenidən federasiya prezidenti seçilib

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hesabat-seçki konfransında federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Daha sonra gündəliyə uyğun olaraq, federasiyanın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub.

Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.

Daha sonra hesabat-seçki konfransında vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasına üzv seçiliblər.

N.İbrahimov çıxış edərək, ötən dövr ərzində Azərbaycanın idmanın inkişafı sahəsində qazandığı yüksək nailiyyətlər barədə danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Federasiya rəhbəri yeni seçilmiş heyətə Qılıncoynatma Federasiyasının yeni fəaliyyət planının hazırlanması, növ üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Sizin Reklam Yeriniz