news Image
2017.09.28
19:32
| A A A
Evimizdə enerjiyə necə qənaət edək?

Yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün və qənaətlə istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, enerji israfçılığının və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda onsuzda az olan evdəki büdcəmizi qoruyub pulumuza qənaət edə bilərik. Belə ki, hər kəs öz evində müəyyən qaydalara əməl edib enerjiyə maksimum qənaət etsə, bunun ümumilikdə böyük iqtisadi səmərəsi olar. Bu qaydalar isə demək olar ki, saysız-hesabsızdır.

Lazımsız istifadə. Ən sadə üsul istifadə olunmayan otaqlarda işıqları, boş-boşuna işləyən elektrik cihazlarını söndürməkdir. Uzunmüddətli evi tərk edərkən isə cihazların naqillərini rozetkalardan ayırmaq gərəkdir. Bu əməliyyat nəinki qənaət, həm də təhlükəsizlik baxımından çox önəmlidir.

Təmizlik. Evdə lüstrlər və elektrik lampalarının təmizliyi çox vacibdir. Onların üzərinə toplaşan çirk və ya toz qatı işıqlandırmanı xeyli zəiflədir. Pəncərə şüşələrinin təmizliyi də daim nəzarətdə olmalıdır. Milli.Az meslehetdir.com-a istinadən bildirir ki, çirkli şüşələr otağa düşən təbii işığın müəyyən hissəsini udur. Bu da gündüz vaxtı da mənzildə işıq yandırmaq məcburiyyəti yaradır.

Pərdələr. Hava işıqlı olanda zərurət olmadıqda pərdələri açıq, axşamlar isə evdən çıxan istiliyi qorumaq məqsədilə bağlı saxlamaq məsləhətdir.

Qənaətcil lampalar. Evdə qənaətcil lampalardan istifadə etmək sərfəlidir. Həm onların ömrü uzun olur, həm də enerjini az işlədir. Məsələn, lüminessensiyalı lampalar közərmə lampalarından fərqli olaraq 80%-ə qədər elektrik enerjisinə qənaət edir.

Texnikanın yerləşdirilməsi. Məişət texnikasını divara və yaxud istiyə, məsələn istilik batareyasına, qaz plitəsinə çox yaxın yerdə yerləşdirmək olmaz. Cihazların taxçaya qoyulması, işləyən zaman örtüklə örtülməsi də məsləhət deyil. Elektrik avadanlığı işləyən zaman özü istilik verdiyi üçün kənar istilik onun üçün çox zərərlidir. Bu zaman boğulma baş verir, cihaz daha çox enerji sərf etməyə başlayır. Xüsusən soyuducunun sərin yerdə olmasını təmin etmək vacibdir. Çünki, otaqda hərarət 30 dərəcə olarsa, cihazın sərf etdiyi enerji iki dəfə artır.

Kondisionerlərin istifadəsi. Kondisionerlərdən istifadə zamanı qapı-pəncərələri bağlı saxlamaq, onlardan hava sızan yerləri tutmaq gərəkdir.

milli.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs