Əlaqə Arxiv
news Image
2017.08.20
21:09
| A A A
Dənizdə batan 3 nəfər xilas edilib

Dənizdə batan 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 19:20-də başa çatıb.

Sizin Reklam Yeriniz