Əlaqə Arxiv
news Image
2017.08.20
22:36
| A A A
Ağstafada 5 ailənin məskünlaşdığı ev yanıb

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a  verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində 5 ailənin məskünlaşdığı barak tipli yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Sizin Reklam Yeriniz