Əlaqə Arxiv
news Image
2017.08.21
10:49
| A A A
Mərkəzi kitabxanada yazıçı ilə görüş keçirilib

14 avqust 2014-cü il tarixdə Masallı rayon Mərkəzi kitabxanasında yazıçı-publisist Ələşrəf Niftiyevlə görüş keçirilmişdir. 

Tədbirdə Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva yazıçının yaradıcılığı haqqında geniş məlumat verərək qeyd etmişdir ki, son bir neçə ildir ki, Ə.Niftiyevi tanıyır. Tanınmış ziyalı və ictimaiyyətçi Masallı Rayon Ağsaqqallar Şurasının sədridir. Rayonda keçirilən tədbirlərdə fəal iştirak edir. 
Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirmişdir ki, o, öhdəsinə düşən vəzifəni, ona tapşırılan işi ləyaqətlə yerinə yetirir. Kitabxananın direktoru daha sonra Ə.Niftiyevin işlədiyi dövrlərdə müxtəlif orden və medallara layiq görüldüyünü, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə lll dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini qeyd etdi. Ə.Nəzərov onun təqaüdə çıxdıqdan sonra da yaradıcılıqla məşğul olduğunu və bir-birindən maraqlı 7 kitabı çap edilməsini bunun bariz nümunəsi sayıldığını bildirdi. 
Tədbirin sonunda  yazıçı-publisist,  “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev görüşün təşkil olunmasında yaradılan şəraitə görə kitabxana kollektivinə dərin minnətdarlığını bildirmiş, daim belə tədbirlərin keçirilməsində göstərdiyi köməyə görə və anadan olmasının 60 illik yubileyi ilə əlaqədar Ə.Nəzərovu rayon Ağsaqqallar Şurasının Fəxri fərmanı ilə təltif etdi.
 

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz