Əlaqə Arxiv
news Image
2017.08.21
16:51
| A A A
İntihar edən erməni hərbçi oğurluq edibmiş

Ermənistanın Müdafiə Nazirliyi hərbi qulluqçunun öldürüldüyü barədə xəbər yayıb.

Movqe.az azvision.az-a  istnadən xəbər verir ki, avqustun 20-də hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürülüb. Bu barədə Armenpres agentliyinə xəbər verən Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Arçurun Hovannesyan, yaxın vaxtlarda hərbi qulluqçunun öldürülməsinin səbəbləri barədə rəsmi açıqlama veriləcəyini bildirib.

KİV-in əldə etdiyi məlumata görə, Andranik Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib. 

Onun nizamnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək intihar etdiyi məlum olub. 

Hadisə ilə bağlı cinayət işi başlayıb, araşdırılma aparılır.

Sizin Reklam Yeriniz