Əlaqə Arxiv
news Image
2017.08.21
17:11
| A A A
Azərbaycan pavilyonu ilk dəfə EKSPO-2017-də populyarlığa görə 5-ci oldu

Azərbaycan pavilyonu ilk dəfə olaraq EKSPO-2017-də ən çox ziyarət olunan beynəlxalq pavilyonların TOP 5-nə daxil olub.

Movqe.az Trend-ə istinadən bildirir ki, bu barədə "Sputnik Qazaxıstan" "Astana EKSPO-2017" Milli şirkətinə istinadən məlumat yayıb.

İştirakçı ölkələrin beynəlxalq pavilyonlarına ümumilikdə 19,438 milyon başçəkmə olub.

Avqustun 20-nə ən çox ziyarət olunan 10 pavilyon aşağıdakı kimidir: "Afrika Plaza", Misir, Türkiyə, Tailand, Azərbaycan, Hindistan, Rusiya, Özbəkistan, Yaponiya və Səudiyyə Ərəbistanı.

Avqustun 14-dən 20-nə qədər EKSPO-2017 beynəlxalq ixtisaslaşmış sərgisinə cəmi 345 445 nəfər gəlib. Hər gün sərgiyə 49 349 insan baş çəkir. Ötən həftə ilə müqayisədə ziyarətçilərin sayı 14 min nəfər artıb.

Əsasən texniki və texnoloji nailiyyətlərin nümayiş etdirildiyi, 100-dən çox ölkənin iştirakı ilə keçirilən "Astana EKSPO-2017" sərgisi sentyabrın 10-dək davam edəcək.

Sizin Reklam Yeriniz