Əlaqə Arxiv
news Image
2017.08.21
17:39
| A A A
Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli olub

Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.
Movqe.az-ın  "Air Astana" aviaşirkətinin Bakı nümayəndəliyindən əldə etdiyi məlumata görə, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.
"Xəzər dənizi üzərində 2 saatdan artıq uçuşdan sonra təyyarə texniki çətinliklə əlaqədar Bakıya geri dönməli olub. Aviareysin bu axşam saat 21:30-da yenidən yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, bu reysin sərnişinlərinin əksəriyyəti Almatı üzərindən Astanaya getməyi planlaşdırırdılar.

report

Sizin Reklam Yeriniz