Əlaqə Arxiv
news Image
2017.08.22
15:28
| A A A
Bakıda hovuzda gənc oğlan batdı

Su hovuzunda 24-27 yaşlarında olan kişi meyiti tapılıb.

Movqe.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Abşeron Suvarma Sistemləri İdarəsinin ərazisində 1 nəfər su hovuzunda boğularaq batıb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Təxminən, 24-27 yaşlarında olan kişi meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb.

Sizin Reklam Yeriniz