Əlaqə Arxiv
news Image
2017.08.22
16:57
| A A A
FHN Bakının mərkəzində mağazada baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda mağazada baş verən yanğınla bağlı məlumat yayıb. 
 
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 150 m2 olan mağazanın geyinib soyunma otağının taxtadan ibarət arakəsmə divarı və asma tavanı 30 m2 sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 14:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

***

14.50

 

Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb. 

 
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Yanğından mühafizə Xidmətinin əməliyyatçısı, polkovnik-leytenant Ramazan Ramaznov deyib. Onun sözlərinə görə, yanğın 30-35 kv/m ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. 
 
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub. 

***

14:16

 

Bakının mərkəzində mağaza yanır.

 

Movqe.az-ın məlumatına görə, hadisə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında qeydə alınıb. Geyim əşyaları satılan mağazada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

APA

Sizin Reklam Yeriniz