Əlaqə Arxiv
news Image
2017.08.23
12:34
| A A A
DİN Bayram Kürdəxanılının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi meyxanaçı Bayram Kürdəxanalının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
 
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B. Quliyev orada ölüb.
 
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, meyxana ustası olan Bayram Quliyev Bayram Kürdəxanılı kimi tanınır.

Sizin Reklam Yeriniz