Əlaqə Arxiv
news Image
2017.08.23
14:52
| A A A
ADAU-da John Deere pambıqyığan kombaynı istifadəçiləri üçün təlimlər keçirilir

 Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) John Deere-9970 pambıqyığan kombaynlarının idarə edilməsi üzrə təlimlərə başlanılıb. Təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin əməkdaşlıq çərçivəsində təşkil olunub. Təlimlərdə ilkin mərhələdə respublikanın müxtəlif bölgələrindən olan 80 nəfər dinləyici üçün  nəzəri və praktik dərslər keçirilir. Təlimlər ADAU-nun Yerüstü nəqliyyat vasitələri və texniki servis, Kənd təsərrüfatı texnikası kafedrasının əməkdaşları tərəfindən aparılır. Tədris məqsədilə məqsədilə universitetə gətirilmiş 2 ədəd pambıqyığan maşını üzrərində texnika istifadəçilərinə praktik  məsələlər izah edilir.
Qeyd edək ki, təlimləri aparan ADAU-nun əməkdaşları John Deere şirkətinin müəllimlər üçün təşkil etdiyi təlimdə fəal iştirak edərək yüksək nəticələr göstərmişlər. 
 

Əlihüseyn ŞÜKÜROV

 

Sizin Reklam Yeriniz