Əlaqə Arxiv
news Image
2017.08.24
12:58
| A A A
Magistr və doktorantlar tələbə krediti ala biləcək - YENİLİKLƏR

Tələbələrə təhsil almaqda yardım göstərən və onların hər birinə bərabər imkanlar yaradan  “Maarifçi” Tələbə Kredit Fondu öz fəaliyyəti istiqamətində yenilikləri gerçəkləşdirməyə başlayıb.
 
Fonddan Movqe.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fond tərəfindən yeni tədris ili üzrə elan sessiyaları keçiriləcək. Artıq kreditlərdən yararlanan tələbələr üçün yaradılmış şəxsi kabinetlər istifadəyə verilib, eləcə də yeni universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, təqdim olunan kreditlərin həcminin artırılması və digər istiqamətlər üzrə kreditlərin təqdim olunması planını həyata keçirməsi planlaşdırılır.
 
“Maarifçi” Tələbə Kredit Fondu 2017-2018-ci tədris ili üzrə növbəti elan sessiyasına başlayır.

Fondun dördüncü elan sessiyasının tarixi 01 –31 oktyabr 2017-ci il olaraq müəyyənləşdirib. Bu haqda ətraflı məlumat Fondun şəxsi veb saytının müvafiq bölməsində yerləşdiriləcək.
 
Bundan başqa, Fonddan bildirilib ki, artıq 14 ali təhsil müəssisəsi Fondla əməkdaşlıq edir. Bu siyahıya Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti,  Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti , Azərbaycan Dövlət Aqrar Universiteti daxilidir.
 
Fond fəaliyyətə başlayandan indiyə qədər seçim meyarlarına cavab verən tələbələrlə 101-i standart paket və 34-ü güzəştli paket olmaq üzrə 135 təhsil krediti müqaviləsi imzalanıb. Hər tədris ili üzrə əməkdaş universitetlər tərəfindən tələbə yerlərinin sayı təqdim olunur.
 
Fonddan bildirilib ki, hazırda  ancaq bakalavrlar fonddan yararlana bilirsə də, növbəti illərdə bu kreditlər digər təhsil pillələri üzrə təhsil alan tələbələrə də şamil oluna bilər.
 
O da qeyd edilib ki, tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.
 
Belə ki, kredit alacaq tələbə, ilk növbədə, 25 yaşdan böyük olmamalıdır. İkincisi, mütləq Azərbaycan vətəndaşı olmalıdır. Fondun əməkdaşı olan universitetin tələbəsi olmalıdır. Aztəminatlı ailədən olmalıdır. Ailənin aztəminatlı olmasını müəyyən etmək üçün tələbə valideynlərinin gəlirləri barədə arayış verməlidir. Ailənin illik gəliri 10 min manatdan yuxarı olmamalıdır. Müraciət və qeydiyyat yalnız onlayn qaydada aparılır. Bütün bunlardan sonra tələbələr fond tərəfindən seçilir və kredit müqavilələri imzalanır. İki kredit paketi mövcuddur, standart adlanan paketdə illik 8 faiz dərəcə tətbiq olunur və 5 il 6 ay ərzində ödənilməlidir. Güzəştli paketdə isə illik dərəcə 6 faiz təşkil edir və borcu 10 il ərzində ödəmək mümkündür. Güzəştli paketdən ailə başçısını itirmiş ailələr və ya sağlam imkanları məhdud olan tələbələr faydalana biləcəklər. Təhsilin sonrakı dövründə tələbənin davamiyyət göstəriciləri mütləq nəzərə alınmalıdır. Tələblərdən biri də semestr  nəticələrinin 71 baldan yuxarı olmasıdır.

Sizin Reklam Yeriniz