Əlaqə Arxiv
news Image
2017.08.24
14:07
| A A A
Daha bir “Cek Pot” uduldu - 88 min 560 manat məbləğində
Yeni “Cüt Şans” ani lotereyası 236 min 916 ədəd uduşla istehlakçıların ixtiyarına verilir

Lotereyalarda daha bir “Cek Pot” uduşu qeydə alındı: “5/36” lotereyasının 5 avqust tarixli tirajında 052084 və 052432 nömrəli lotereya biletlərinin sahibləri 88 min 560 manat məbləğində “Cek Pot”u şərikli udaraq, hərəyə 44 min 280 manat qazandılar.   Qeyd etmək lazımdır ki, bu uduş “5/36” lotereyasında 2017-ci il ərzində qeydə alınan altıncı “Cek Pot” uduşudur. Movqe.az xəbər verir ki, 6 yanvar tarixli tirajında 112 min 120 manat məbləğində cari ilin ilk “Cek Pot” uduşunun sevinci yaşanan bu lotereyada son dəfə may ayının 23-də 78 min 715 manat məbləğində “Cek Pot” udulmuşdu. Lakin intellektual lotereyalar arasında ənənəvi uduş yarışı davam etməkdədir və “5/36” lotereyasında  “Cek Pot” uduşu qeydə alındıqdan sonra, ilk baxışdan belə görünə bilərdi ki, lotereya iştirakçıları əsas diqqətlərini “6/40” lotereyasının möhtəşəm “Cek Pot”una yönəldəcəklər. Bu məntiqlə “5/36” lotereyasına maraq azalmalı idi. Lakin “5/36” lotereyası “Cek Pot” uduş tezliyi üzrə liderdir və müəyyən mənada stabil iştirakçı qrupuna malikdir. Bu lotereyanın daimi iştirakçıları özlərinin tərtib etdikləri rəqəm kombinasiyalarına daha çox güvənirdilər və bu inam da özünü doğrultdu. Daha iki həmvətənimiz möhtəşəm uduş sevincini daddı.

 Yeri gəlmişkən, “5/36” və “6/40” lotereyalarının populyarlığının səbəblərindən biri də yəqin ki, tirajda iştirak edən rəqəm kombinasiyalarının iştirakçıların özləri tərəfindən müəyyən edilməsidir. Maraqlı burasıdır ki, iştirakçıların bir qismi üçün bu bir əyləncədir. Onlar bir qayda olaraq yaxın dost-tanışlarının ad günlərində, telefon nömrələrində və yaxud avtomobillərinin nömrələrindəki rəqəmlərdən istifadə etməklə rəqəm kombinasiyalarını tərtib edirlər.  Lakin bu lotereya iştirakçıları içərisində ehtimal nəzəriyyəsinə müraciət edərək rəqəm kombinasiyalarını əvvəlcədən müəyyənləşdirməyə çalışan intellektuallar da az deyil. 
Son illərdə rəqəm kombinasiyalarını əvvəldən müəyyən edən yüzlərlə, bəlkə də minlərlə iştirakçı müxtəlif uduşlara sahib olublar. Bu iştirakçılar sanballı bir uduşa sahib olarkən uduşlarının sevincini yaşamaqla yanaşı, həm də öz intellekt və intuisiyaları ilə qürur duyurlar. Yeri gəlmişkən, “5/36” lotereyasının 5 avqust tirajında 88 min 560 manatı udan  biletlərdəki uduşlu beş rəqəm kombinasiyası bilet sahibləri tərəfindən müəyyən edilib.  
Son aylarda fəaliyyətə başlayan “4+4” lotereyasında da rəqəm kombinasiyaları iştirakçılar tərəfindən müəyyən edilə bilər. Beləliklə, “5/36”, “6/40” və “4+4” lotereyalarında rəqəm kombinasiyalarını tərtib edin, satış məntəqələrində pulsuz paylanan xüsusi blanklarda qeyd edərək lotereya terminalına daxil edin və məhz Siz istəyən rəqəmlərin qeyd olunduğu bileti alın. Təbii ki,  hazır lotereya biletlərini lotereya satış məntəqələrindən, “MilliÖn” terminallarından ala bilərsiniz. Lakin lotereyalarda iştirak etmək üçün ən sadə yol, evdən çıxmadan, www.azerlotereya.com saytından yararlanmaqdır. Seçim də uduş da sizlikdir...
 Uduş üçün isə imkanlar yetərincədir. Təkcə bir faktı vurğulamaq olar ki, fəaliyyətdə olan beş tirajlı lotereyada, yalnız tirajdan tiraja keçən uduşların həcmi 750 min manatdan çoxdur. Ani lotereyalara gəldikdə isə hazırda bazarda fəaliyyətdə olan ani lotereyalarda oynanılan uduşların sayı milyon ədəddən çoxdur. İnamla qeyd etmək olar ki, son bir neçə il ərzində, yüz minlərlə istehlakçının hər gün, hər saat, hər an sınaqdan çıxardığı ani lotereyaların populyarlığı istehlakçıların lotereyalara olan möhkəm inamlarının təzahürüdür. Ani lotereyaların istehlakçılar arasında rəğbətlə qarşılanmasını nəzərə alan “Azərlotereya” müxtəlif zövqlərə uyğun ani lotereyaları istehlakçıların ixtiyarına verməkdə davam edir. 
Budur, populyar ani lotereyalar ailəsinə daha bir lotereya - “Cüt Şans” daxil olur. Oyun qaydaları ilə tanış olduqda görürük ki, bu ani lotereyanın oynanılma qaydası sadəliyi ilə fərqlənir. Lotereya biletlərinin üzərində yerləşən üstüörtülü "Oyun 1" və "Oyun 2" zonalarında yerləşən oyun xanalarının qoruyucu səthini pozmaq lazımdır. "Oyun 1" zonasında yerləşən oyun xanalarının qoruyucu səthini pozduqdan sonra, həmin xanalarda üç eyni məbləğ əks olunubsa deməli  həmin məbləği uddunuz. "Oyun 2" zonasında yerləşən xanaların qoruyucu səthini pozmaqla eyni uğuru yaşaya bilərsiniz. Biletiniz hər iki oyun zonası üzrə uduşlu olarsa, uduşlarınız cəmlənir. Sizin üçün təki belə də olsun! Yay mövsümü, qayğısız tətil, istirahət günləri başa çatmaqdadır. Həyat ritminizi dəyişin və ən əsası – nikbin olun. Uduş nikbinlərin qismətidir. Özünüzə güvənin, lotereyalarda iştirak edin və mütləq udun... 

Sizin Reklam Yeriniz