news Image
2018.11.09
13:14
| A A A
Qurban kəsməyin şərtləri

Müqəddəs Qurban bayramı özündə səxavət, halallıq və alicənablıq kimi keyfiyyətləri birləşdirir. Qurban müsəlmanların sevgi, şəfqət və mərhəmətinin təzahür formasıdır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, qurban kəsməyin müəyyən qaydaları və şərtləri var. Məsələn, toyuq, ördək, qaz, xoruz kimi heyvanlar qurban kəsilə bilməz. Hətta onlardan birini qurban kəsməyə nəzir deyən kəsə heç bir kəffarə düşməz, çünki həmin heyvandan nə nəzir, nə də nəzir qurbanı olmaz.

İnək və dəvəyə yeddi nəfərədək adam şərik ola bilər. Lakin keçi və qoyun haqqında bunu demək olmaz. Yəni, həmin heyvanlara şəriklik caiz deyil. Şəriklərin hər biri qurban niyyəti ilə şərik olmalı, aralarından bir nəfər də ət almaq niyyəti ilə şərikliyə qoşulmamalıdır. Əqiqə və ya nəzir qurbanına niyyət etmək şərikliyə mane olmaz, çünki onlar da qurbandır, ət almaq niyyəti yoxdur.

Bir nəfərdən yeddi nəfərə qədər müsəlman ortaqlaşaraq iribuynuzlu heyvanı qurban kəsə bilər. Belə bir heyvanı yeddi nəfərə qədər ortaq satın ala biləcəyi kimi, alınandan sonra və ya əldə olunan iribuynuzlu heyvana yeddi nəfəri keçməmək şərti ilə başqaları da ortaq edilə bilər.

Qurbanlıq heyvan tərəzidə çəkilib diri alına bilər. Bununla yanaşı, qurban üçün alınan heyvan ətinin hər kiloqramının qiyməti kəsilməzdən əvvəl müəyyən edilə bilər. Ancaq qiymət müəyyənləşdiriləndə qurbanlıq heyvanın başı, ayağı, dərisi və içalatının qiyməti də nəzərə alınmalıdır.

Qurbanlıq heyvan bayramın birinci, ikinci və üçüncü günlərində kəsilə bilər. Qurbanın birinci gün kəsilməsi daha fəzilətlidir. Qurban kəsilməsi bayram namazının qılınmasından sonra başlayır.

Qurbanda əsas qan axıtma və ət deyil, əsas olan təqva, yəni, gözəl niyyət, Allah rizası, dürüstlük və doğruluqdur.