news Image
2013.02.28
12:35
| A A A
Masallı rabitəsi tamamilə NGN texnologiyası əsasında qurulacaq

Masallı TKQ-nin yeni inzibati binası yaxın günlərdə istifadəyə veriləcək.


Movqe. az-ın məlumatına görə, yeni tikilən inzibati binada hər cür şərait var. Texniki avadanlıqların və stansiyanın yerləşdirilməsi üçün nəzərdə tutulan otaqlarda bütün imkanlar yaradılıb. Yeni inzibati bina nəzdində NGN əsasında qurulan ATS-də istifadəyə veriləcək. Bundan başqa, rayonun bütün kənd şəbəkəsinin də bu texnologiya əsasında ATS-lərin qurulması gözlənilir. Hazırda rayon üzrə 33 kənd ATS-i mövcuddur.


Yeni texnologiyanın tətbiqi ilə əlaqədar kənd stansiyalarının sayının 67-yə çatdırılması və optik kabellərin çəkilməsi nəzərdə tutulur.

 Qeyd edək ki, NGN texnologiyası istifadəçilərə İPTV, videotelefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ xidmətlərdən istifadə imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs