Əlaqə Arxiv
news Image
2013.02.28
17:01
| A A A
Daşkəsən rayon qadınlar təşkilatının növbəti konfransı keçirilib

Daşkəsən rayon qadınlar təşkilatının növbəti konfransı yüksək işgüzarlıq və fəallıq şəraitində keçirilmişdir. Belə ki, konfransa əvvəlcədən ciddi hazırlıq görülmüş, qadınlar təşkilatının ötən konfransdan bu günədək gördüyü işlər və qarşıda duran vəzifələr dəfələrlə müzakirə edilmişdir.

Konfransı giriş sözü ilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri cənab Cavanşir Qocayev açaraq gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. Sonra Daşkəsən RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri cənab Namiq Süleymanov "Dövlət qadın siyasətinin həyata keçirilməsi barədə" məruzə ilə çıxış etmişdir.

Məruzəçi bildirmişdir ki, Azərbaycan qadını öz mərdliyi və saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında çox böyük rol oynamışdır. Hazırda qadın məsələləri, cəmiyyətdə gender balansı problemi bütün dünyanın diqqət mərkəzindədir. BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da hər bir ölkədə qadın hüquqlarının müdafiəsinə böyük həssaslıqla yanaşırlar. Görünür, elə bu səbəbdəndir ki, indiyədək qəbul olunmuş bir çox beynəlxalq sənədlərdə gender bərabərliyi, xüsusilə siyasi və dövlət əhəmiyyətli qərarların qəbul edilməsində bərabər iştirak imkanları ilə bağlı müxtəlif müddəalar öz əksini tapıb. Bu, heç də təsadüfi deyil, çünki psixoloji və fiziki təzyiq bütövlükdə qadın hüquqlarına ciddi xələl gətirə bilər.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə ölkə üzrə hazırda ümumtəhsil müəssisələrində müəllimlərin 76,0 faizi, kolleclərdə 73,0 faizi, ali məktəblərdə 48,0 faizi, həkimlərin isə 63,0 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,3 faiz, sahibkarlar arasında isə 16,2 faizdir. Bu isə o deməkdir ki, qadınlarımız istər ailədə, istərsə də dövlət işlərində heç də kişilərdən geri qalmırlar.Həyatın elə sahələri vardır ki, qadınların rəhbərlikdə, idarəetmədəki şəxsi nümunəsi örnək kimi qəbul edilir. Bu mənada Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də ölkəmizdən kənarda apardığı çox böyük ideoloji işlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə, Azərbaycan qadınının böyük potensiallara malik olmasına əyani sübutdur.

Sonra məruzəçi respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli, Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı və Nazirlər Kabinetinə ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə müvafiq təkliflər işləyib hazırlamaq tapşırıldı.

Fərmanın yerinə yetirilməsi ilə əlaqədar respublika həyatının müxtəlif sahələrində, ayrı-ayrı nazirlik, idarə və şirkətlərdə, ümumiyyətlə dövlət idarəçiliyi sistemində qadınların təmsil olunmasına dair əldə edilmiş statistik məlumatlar təsdiq edir ki, dövlət qurumlarında və müxtəlif peşə sahələrində qərar qəbul etmə mövqelərində qadınlar çox zəif təmsil olunurlar. Son dövrlər bu sahəyə diqqət günbəgün artırılmaqdadır.

Qadın problemlərinin həlli zərurəti Azərbaycan qadınlarının 1998-ci il sentyabrın 25-də keçirilmiş ilk qurultayında qeyd olunub. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etmələri özünü təsdiq edir. Belə fikir söyləməyə əsas verir ki, cəmiyyətdə qadınların rolunun artırılması yolunda hələ çox iş görülməlidir.

Rayonumuzda son illər böyük tkinti, abadlıq, quruculuq işləri aparılır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və nəzarəti altında Yeni Daşkəsən layihəsi uğrula icra olunmaqdadır. Bu layihəni ilk alqışlayan, ona qəlbən qoşulan məhz siz rayon qadınları olmusunuz. Yeni Daşkəsən layihəsi həyata keçirildikcə rayonun sosial-iqtisadi inkişafı daha da sürətlənir. Hörmətli Başçımız cənab Əhəd Abıyevin təşəbbüsü və bilavasitə iştirakı ilə hazırlanan bu layihə Daşkəsəni xoş gələcəyə aparır.

Məruzə ətrafında Milli Məclisin deputatı Sahibə Qafarova, Daşkəsən rayon qadınlar təşkilatının sədri Afət Hökmalıyeva, İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin müəllimləri Rəna Aslanova, Gülnarə Əliyeva, 5 saylı uşaq bağçasının müdiri Mehriban Rüstəmova, Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Mətanət Abdullayeva, ağbirçək müəllimə Adilə Məmmədova çıxış etmiş, qadınlara göstərilən diqqət və qayğıya, rayonumuzda aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Konfransın sonunda Azərbaycan Qadınlarının IV qurultayına Daşkəsən rayonundan 6 nəfər nümayəndə seçilmişdir.

Milli Məclisin deputatı Sahibə Qafarova konfransda yekun nitqi söyləmişdir.

Sizin Reklam Yeriniz