Əlaqə Arxiv
news Image
2017.09.25
21:40
| A A A
Uğurlu arıqlamağın 17 PRİNSİPİ

Movqe.az  publika.az-a istinadən uğurlu arıqlamağın 17 prinsipini təqdim edir:

1. Müəyyən bir yerin, bir hissənin arıqlaması mümkün deyil! Xeyr, təkcə qarın arıqlamayacaq, budlar da həmçinin.
2. Ona görə də, istər gündə 300 dəfə əyil-qalx, piy qatını (və ya qatlarını) əritməyincə, press kubikləri də əmələ gəlməyəcək.
3. Pəhrizinizin kaloriliyi sutkada 1200 kkal-dan aşağı olduğu təqdirdə, çəkiniz istənilən pəhrizdən sonra yenidən geri qayıdacaq.
4. Arıqlama nöqteyi-nəzərindən, ət meyvədən daha səmərəlidir, çünki meyvənin tərkibində fruktoza var, ətin tərkibində isə həzminin çoxlu vaxt və enerji tələb etdiyi zülal.
5. Arıqlamanın ən qeyri-effektiv üsullarından biri də hovuzdur! Qurbağa kimi asta-asta üzdüyünüz vəziyyətdə çox az sayda əzələlər işə düşür, çəkiniz də suda lap yüngülləşir.
6. Sürətli arıqlamanın ən başlıca sirri əzələ kütləsinin mövcudluğudur. Əzələ nə qədər çox olarsa, metabolizm - piylərin əriməsi də bir o qədər sürətli olur.
7. Arıqlama şəraitində kişiyəbənzər əzələlərin bir sm-lik belə olsa şişirdilməsi mümkün deyil. Bunun üçün kalori çoxluğu tələb olunur ki, o da pəhrizdə sadəcə yoxdur.
8. "Əsas məsələ yeməməkdir!" şüarı çəkinin artmasına gətirib çıxarır. Ən önəmlisi, kalorilərin balansı və nisbətidir: gündəlik - zülal (30-45%), yağlar (10-25%), karbohidratlar (30-45%).
9. Pəhrizin müəyyən bir adı varsa, böyük ehtimalla, o pəhriz yararsızdır.
10. Xarici görkəminin və həyatında baş verən hər bir hadisənin səbəbkarı sən özünsən. Genetika, iri sümük, yaşayış şəraiti, ailə, ağır iş, taybuynuz at, nindza tısbağalar və s. isə 12 yaşdan kiçik uşaqlar üçün yaxşı bəhanədir.
11. Yoqurtlar və yarmalar, şəkərsiz şirniyyatlar, yaşğsızlaşdırılmış süd məhsulları (onların tərkində şəkər daha çoxdur) - bütün bunlar pəhriz qidası deyil. Onlar arıqlatmır. Yağlar və şəkər baxımından tənzimlənmiş təbii məhsullara üstünlük verin.
12. Çənbər beli incəltmir. Gərgin, fasiləli kardio və güc məşqləri - bəli. Xanımlar, şişkin əzələli olmaqdan çəkinməyin, 7-ci bəndə diqqət edin. Yığcam bədənli gözəl olacaqsınız, kişi cinsinin nümayəndələri isə sizi gördükdə məftun olacaq.
13. Bir insan uzun müddət beyin əvəzinə dalı ilə düşünürsə, orada qırışlar əmələ gəlir. Sellülit deyilən məhz budur.
14. Şirniyyatdan kökəlmirlər, şişib partlayırlar.
15. Axşam saat 6-dan sonra yeməmək qanunu işləmir. İstənilən vaxtda, hətta yatmazdan yarım saat əvvəl belə yemək olar. Əsas mahiyyət yalnız nə yediyinizdən və sutkalıq kalori miqdarından ibarətdir.
16. "Halva-halva deməklə ağız şirin olmaz", məqsədə yetişmək üçün səy göstərmək gərəkdir, günbəgün, pillə-pillə.
17. Özünüzü başqaları ilə müqayisə etməyin. Sadəcə bugünkü və dünənki "Sən" varsan, öz üzərində qalibiyyət üçün sənə lazım olan tək şey budur!

Sizin Reklam Yeriniz