news Image
2017.09.13
17:29
| A A A
2050-ci ildə Azərbaycan əhalisinin sayı 12 milyona yaxınlaşacaq

Hazırda Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir.

Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Nazir müavini bildirib ki, 2016-cı ilin məlumatına əsasən, əhalinin ümumi yaş strukturunda gənclərin (14-29 yaşda) payı 27 faiz, uşaqların (0-14 yaşda) payı 22,5 faiz, 15-64 yaş qrupunun payı 71,3 faiz, 65 yaş və yuxarı yaşda olan əhalinin payı isə 6,2 faiz təşkil edib.

M.Kərimli bildirib ki, son illərdə müşahidə olunan demoqrafik meyillərə əsasən Azərbaycanda əhalinin artımı davam edəcək və hesablamalara görə, Azərbaycanda 2015-ci illə müqayisədə 2050-ci ildə əhalinin sayının 1,4 dəfə artaraq 11,8 milyon nəfər təşkil edəcəyi gözlənilir.

Trend

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs