Əlaqə Arxiv
news Image
2013.03.01
13:52
| A A A
Nəqliyyat nazirliyindən sənədsiz sürücülərlə bağlı maraqlı açıqlama

Paytaxda avtobus sürücülərinə qarşı mütəmadi reydlər keçirilsə də, yol hərəkəti və sərnişin daşınması qaydalarını pozan sürücülərin sayı nədənsə azalmır. Ümumiyyətlə,  xətlərə iritutumlu avtobusların salınması ilə şəhərdaxili sərnişindaşımada bir sıra problemlərin həll ediləcəyinə ümid edən sərnişinlərin bu arzusu hələdə arzu olaraq qalıb. Yenə də "D" kateqoriyası, yaxud da sürücülük vəsiqəsi, ümumiyyətlə, olmayan sürücülər onlarla sərnişinin həyatını təhlükə altına ataraq avtobus idarə edir, sərnişin daşınması qaydalarına məhəl qoymayaraq bu sahədə xaos mənzərəsi yaradırlar. Maraqlıdır ki, sərnişin avtobuslarının sürücülərinə qarşı aparılan reydlər niyə nəticə vermir? 

Sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmayan sürücülər xətlərə hansı yolla ayaq açırlar? 

 Bu barədə Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Movqe. az-a açıqlamasında aydınlıq gətirdi. Onun sözlərinə görə, sürücülük vəsiqəsi və müvafik kateqoriyası olmayan sürücülərin avtobus idarə etməsinə xətt sahibləri imkan yaradırlar: "Bəzən isə avtobusu qarajdan çıxardan sürücü  sükanı öz yaxınına həvalə edərək özü evdə istirahətə gedir. Sahibkarlara tərəfimizdən bildirilib ki, hər səhər avtoparklardan xəttə buraxılan avtobusları, "D" kateqoriyası olmayan sürücülərə verməsinlər. Əks halda həmin sahibkarla müqaviləmizi ləğv edəcəyik. Bu kimi tədbirlərə artıq başlanılıb və nəticədə belə sahibkarlar xəttdən  uzaqlaşdırılıb. İndi xətlərdə sahibkarların sayı 50-yə endirilib. Amma biz yenə də sahibkarlara xəbərdarlıq etmişik ki, xətdə belə sürücülər aşkarlanarsa, buna cavabdehlik daşıyan sahibkarla müqaviləmizə xitam verəcəyik".  



Sizin Reklam Yeriniz