news Image
2017.09.16
13:28
| A A A
Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb (FOTO)

Xarici işlər naziri Elmar Məmmədyarov Laosa rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış laoslu tələbələr qrupu ilə görüşüb.

Nazirlikdən Movqe.az-a  verilən məlumata görə, E.Məmmədyarov təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsi və irəlilədilməsinin vacib olduğunu qeyd edib. O həmçinin, Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.

Görüşdə məzunlar adından çıxış edən natiqlər, Laosun hakim partiyasının Beynəlxlaq əlaqələr komitəsinin rəhbəri, Attepeu əyalətinin qubernatoru, xarici işlər nazirinin müavini və mədənçilik və enerji nazirinin müavini Azərbaycan və Laos arasında dostluq körpüsünün əsasını qoyduqlarını bildirərək, müxtəlif dövrlərdə göstərilmiş kömək və dəstəyə görə Azərbaycana təşəkkür ediblər. Həmçinin Azərbaycanda təhsil almış tələbələrin hazırda Laosun müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını əlavə ediblər.

Onlar həmçinin Azərbaycanda təhsil almış laoslulardan ibarət Assosiasiyanın yaradılması təşəbbüsü ilə çıxış ediblər. E.Məmmədyarov Assosiasiyanın yaradılmasının humanitar sahədə, xüsusilə təhsil sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəyini vurğulayıb və təşəbbüsü dəstəklədiyini bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs