news Image
2017.09.16
21:45
| A A A
Qoz ağacından yıxıldı, beli sındı

Qaxda qoz ağacdan yıxılan 59 yaşlı kişinin bel fəqərəsi sınıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Tanqıt kənd sakini 59 yaşlı Adil Şıxməmməd oğlu Məmmədov yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan Adil Məmmədov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
 
MRX-dan APA-ya verilən məlumata görə, Adil Məmmədova bel fəqərəsinin sınığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyə şöbəsində aparılır.
 
Qeyd edək ki, sentyabrın 15-i günorta saatlarında rayonun Zərnə kənd sakini 50 yaşlı Elşən Əfəndiyev yaşadığı evin həyətyanı sahəsindəki qoz ağacından yıxılıb. Döş qəfəsinin travması diaqnozu qoyulan Elşən Əfəndiyevin müalicəsi də xəstəxananın cərrahiyə şöbəsində aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs