Əlaqə Arxiv
news Image
2017.09.21
09:15
| A A A
Sulu qəlyanla gələn dəhşətli xəstəliklər
Tofiq Musayev: «Qəlyan çəkilən yerlərdə o havanı udmaq belə insan səhhətinə mənfi təsir göstərir»

Milli Məclisdə keçirilən müzakirələrdə sulu qəlyanın qadağan olunması təklif edildi.  Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır: “Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır, bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanuna uyğun davranmalıdır”.

Komitə sədri Hadı Rəcəbli isə çıxışında deyib ki, ölkədə siqaretə tətbiq olunan qadağalar qəlyana da tətbiq edilir. Araz Əlizadə isə buna etiraz edib. O deyib ki, qəlyan tamamilə qadağan olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də artıq qadağandır.  Bu məsələ Milli Məclisdə I oxunuşda müzakirəyə çıxarılan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində öz əksini tapmışdı. Belə ki, tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınaraq, bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edildi.

Sulu qəlyandan istifadənin ümumiyyətlə qadağan edilməsinə gəlincə, həkimlər də bu təklifi dəstəkləyir.  Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev sulu qəlyanın ziyanın siqaretdən də təhlükəli olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, hətta qəlyan çəkilən yerlərdə o havanı udmaq belə insan səhhətinə mənfi təsir göstərir: “ Ağciyər insan orqanizmində təmiz nəfəs almaq funksiyasını daşıyır. Amma insanların çoxu tütün tüstüsü nəticəsində ağciyəri ilə tüstünü qəbul edir. Unutmaq lazım deyil ki, tütünün tüstüsündə 4-5 mindən çox kimyəvi təhlükəli maddə var. Onun 250-i xüsusi təhlükəli maddələrdir. Hansı ki, o kimyəvi maddələr xərçəng kimi xəstəliklərə yol aça bilər”. 

T. Musayevin sözlərinə görə, sulu qəlyan tüstünün zərərini azalda bilməz: “Bəzi insanlar elə başa düşür ki, sudan keçərkən tüstünün zərəri azalır. Bu, belə deyil. Su tüstünü  zərərli maddələrdən tamamilə təmizləmir. Tütün su ilə isladılır, sıxılır sonra qəlyana əlavə olunur. Qəlyan çəkən zaman insanın ciyərlərindən, bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir.  Qəlyan çəkdikdə karbon qazı daha çox əmələ gəlir. İnsan orqanizmində düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdır. Qəlyandan istifadə zamanı insanın ağciyəri daha çox tüstülü hava qəbul edir. Çünki, siqaretdən fərqli olaraq qəlyan aram-aram çəkilir. Bu zaman insan orqanizmi həm qəlyanla zərərli maddələr qəbul edir, həm də qəlyandan xaric olan tüstünü təkrar udmuş olur.

Qəlyan istifadə edənlərin qəlyan dumanının sudan keçdiyi üçün zərərli maddələrin suda qalması düşüncəsi kökündən yanlışdır. Qəlyan tütün məhsulu olduğu üçün siqaret qədər zərərlidir. Qəlyandan istifadə ürək döyüntülərinin və nəfəs almanın tezləşməsi, təzyiq yüksəlməsinə gətirib çıxarır. Qəlyandan uzun müddət istifadə ağciyər və nəfəs borusu xəstəliklərinə qədər gətirib çıxara bilər. Ola bilər ki, kimsə qəlyan çəkilən yerdə əyləşib istirahət etsin. Bu zaman həmin şəxs qəlyan çəkən qədər orqanizminə ziyan vurmuş olur”.

T. Musayev son illər dəbə düşən meyvə aromatlı qəlyanlardan istifadənin isə müştəri cəlb etməkdən başqa bir şey olmadığını söyləyir: “Bu, bir marketinq siyasətidir. İndi nanə ətrli, dadlı siqaretlər də istehsal olunur. İstehsalçılar bu yolla siqaretin acı dadını unutdurmaq, o hissiyatı itirmək istəyirlər. Amma qəlyanda istifadə olunan estetik boyalardan, ətirlərdən, aromatlardan yanma zamanı kimyəvi təhlükəli maddələr ayrılır. Həmin maddələr bronxları qıcıqlandıraraq allergik təsirlərə yol açmaqla yanaşı, dəhşətli xəstəliklərə zəmin yaradır. Ona görə də insanlar bu cür aldadıcı üsullardan mümkün qədər çəkinməli, qəlyanın orqanizm üçün siqaretdən heç də az zərəri olduğunu anlamalıdırlar”.

T. Musayev son vaxtlar qadınlar üçün pulsuz qəlyan təkliflərinin də şirnikləndirici təkliflər olduğunu söyləyir. Onun sözlərinə görə, işbazlar bu yolla qəlyandan asılılıq yaradaraq daha çox müştəri cəlb edirlər: “Qadınların qəlyan çəkməsi reproduktiv sağlamlığa daha ciddi təsir göstərir. Bu, gələcəkdə doğulan uşaqların sağlamlığına çox pis təsir göstərir. Davranış və sağlamlığa zərər vuran dörd risk faktorundan biri məhz siqaret, qəlyan çəkməkdir”.

Qeyd edək ki, qəlyanın tərkibinin ağır metallarla zəngin olduğunu digər tibb mütəxəssisləri də təsdiqləyir. Məlumatlara görə, qəlyandakı arsenium, nikel, kobalt, qurğuşun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Siqaret dumanında 50-135 nanoqram (milli qramın mində biri) arsenium varsa, qəlyanda bu, 175 ng-yə bərabərdir.

Qəlyan bütün dünyada yoluxucu xəstəliklərin yayılmasına birbaşa təsir edən amil hesab edilir.

T. Musayev də, qəlyanın həmçinin yoluxucu xəstəliklərin yayılmasına səbəb olduğunu söyləyir. Onun sözlərinə görə, qəlyandan istifadə zamanı ağızlığı və suyu dəyişdirilsə də tüstünün keçdiyi boru dəyişdirilmir: “Bu isə tənəffüs yolu xəstəliklərinin yayılmasına təsir göstərir. Əgər insanda vərəm və digər tüpürcək, tənəffüs yolu ilə yayılan xəstəliklər varsa, qəlyanla bu xəstəliklərin yayılma riski yüksəkdir.

Zülfiyyə QULUYEVA 

 Səh 5

Sizin Reklam Yeriniz