Əlaqə Arxiv
news Image
2017.09.21
15:38
| A A A
Balakəndə zəlzələ olub

 AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, yeraltı təkan bu gün saat 13.06-da Balakən rayonu ərazisində qeydə alınıb.
 
Maqnituda 3.8 olan, 5 km dərinlikdə baş verən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya bildirib ki, zəlzələ Balakən-Zaqatala sərhədində baş verib.
 
"Zəlzələ hər iki bölgədə hiss edilib. İlkin olaraq episentrdə maqnitudası 3.8 olan 4 bal gücündə zəlzələ qeydə alınıb. Hazırda ərazidə proses gedir, afterşoklar davam edir.
 
Hələ ki, hiss edilən növbəti zəlzələ qeydə alınmayıb. Zəlzələ yer daxilində gedən proses olduğundan bundan sonra hansı gücdə zəlzələlərin olacağını demək olmaz. Ola bilsin, bundan da güclü olsun və ya əksinə, bu gün ocaqda proses sönə də bilər”.

Sizin Reklam Yeriniz