Əlaqə Arxiv
news Image
2017.09.22
12:10
| A A A
DJ Tural hələ də sığortalanmayıb?!

Avtostop layihəsi ilə hər kəsə yaxşı tanış olan DJ Tural (Yusifov) bu yaxınlarda öz sosial media hesablarında yeni bir video yayımlayıb. O yeni mövsümdə verilişinin yeni rubrikasını yeni videoyla təqdim edib. Yeni videodan belə aydın olur ki, rubrika tamamilə Kasko Sığortasına aid olacaq. Dediyinə görə bu mövzuda çox araşdırma aparıb və bu sahədə çox sayda suallar və problemlərlə qarşılaşıb. Onun fikrinə görə problemlərdən ən böyüyü sığorta sahəsində hər kəsə fərdi yanaşmanın olması, müştərilərə müxtəlif şərtli müqavilərin təqdim olunması, müqavilənin şərtlərinin bir çox hallarda aydın olmamasıdır.

Tural yeni rubrikasında izləyicilər və sığorta mütəxəssisləriylə bərabər belə problemləri araşdıracaq. Turalın sözlərinə görə Azərbaycanda avtomobil sığortası mədəniyyəti digər ölkələrlə müqayisədə tam formalaşmayıb. Bu səbəbdən Tural rubrikanı həm də sosial maarifləndirmə layihəsi kimi görür. Rubrikada hər kəs avtomobil sığortası sahəsində qarşılaşdığı problemlərdən danışacaq, Tural isə hər problemin həllinə və yaxud yaranma səbəbinə uyğun şərhlərini bildirəcək, müzakirələr və araşdırmalar aparacaq.

Bu rubrikada Turala ölkənin ən tanınmış sığorta mütəxəssisləri də qoşulacaq. Müqavilə, qəza zamanı edilməli olanlar və sürücülərin hüquqları proqramda müzakirə mövzusu olacaq. Xatırladaq ki, Avto Kasko rubrikası sentyabrın 25-dən etibarən həftəiçi hər gün 18:30-19:30 arasında 106.3 fm-də efirə çıxacaq! Suallarınızla siz də bu proqrama qoşula bilərsiniz!

Sizin Reklam Yeriniz