Əlaqə Arxiv
news Image
2017.09.22
16:32
| A A A
ADAU-nun Baytarlıq Klinikası tibbi xidmətlər təklif edir

15 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır. Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə universitetə verilmiş  29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş  avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir. Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, 

cərrahi əməliyyat otaqları  xüsusi antibakterial örtüklə üzlənmiş,  mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilmişdir.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz