Əlaqə Arxiv
news Image
2017.09.22
18:18
| A A A
Masallıda 8 yaşlı oğlanı avtomobil vurub

Masallıda 8 yaşlı oğlanı avtomobil vurub.
 
Movqe.az-ın APA-ya istinadən  verdiyi məlumata görə, Masallının Qızılavar kəndində Sığdaşt kənd sakini, 2009-cu il təvəllüdlü Sərdar Xosruv oğlu Məmmədov yolu keçərkən babasının əlini buraxıb və qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı avtomaşın azyaşlını vurub. Dərhal azyaşlı sürücünün və yaxınlıqdakı insanların köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Qeyd edək ki, S. Məmmədov babası ilə Qızılavar kəndinə əmək pensiyası almaq üçün gedibmiş.

Sizin Reklam Yeriniz