Əlaqə Arxiv
news Image
2017.09.25
11:36
| A A A
"26 Bakı komissarı" küçəsinin adı dəyişdirildi

Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib. 

Movqe.az Report-a istinadən xəbər verir ki, həmin küçə “2 aprel” adlandırılıb.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

“Qafqazinfo” bildirir ki, küçə 2016-cı ildə Qarabağda baş vermiş aprel döyüşlərinin şərəfinə belə adlandırılıb. Həmin döyüşlərdə Azərbaycan ordusu Qarabağda parlaq qələbələr qazanaraq məşhur Lələtəpə yüksəkliyini işğaldan azad edib. 

Sizin Reklam Yeriniz