Əlaqə Arxiv
news Image
2017.09.25
16:24
| A A A
Homoseksuallar QİÇS yayır? -QİÇS Mərkəzindən açıqlama

 Son günlər sosial şəbəkələrdə Bakıda LGBT üzvlərinin kütləvi şəkildə saxlanıldığı və inzibati qaydada həbs edildiyi barədə məlumatlar yayılır. Yayılan xəbərlərdə bildirilir ki, son bir neçə gündə paytaxtda 100-dən çox homoseksual saxlanılıb. Məlumatlara görə, saxlanılan cinsi azlıq nümayəndələri məcburi qaydada tibbi müayinədən keçirilir və onların QİÇS xəstəsi olub-olmadığı dəqiqləşdirilir. 
Bəs görəsən homoseksualların QİÇS xəstəliyini yayma təhlükəsi barədə yayılan məlumatlar nə dərəcədə həqiqətə uyğundur? 

Hüquqi İnkişaf və Demokratoya İctimai Birliyi”nin sədri, Zülfiyyə Mustafayeva Movqe.az-a açıqlamasında deyib ki, homoseksualların İİV xəstəliyini yayması barədə şayələr, onların məhz bu virusu yaydığı üçün saxlanıldığı barədə gəzən söz-söhbətləri inandırıcı deyil: “Azərbaycanda İİV-in yayıcıları daha çox narkomanlar hesab olunur.QİÇS virusu əsasən inyeksiya istifadəçisi olan narkomanlar arasında müşahidə olunur. Onlar digər narkomanları da inyeksiya yolu ilə, iynə ötürmə ilə QİÇS virusuna yoluxdururlar. Amma hələki QİÇS virusunun homoseksuallar arasında yayıldığına dair məlumatlar çox azdır. Ona görə də, homoseksuallara qarşı reydlərin səbəbi QİÇS virusunun yayılması ola bilməz. Onlar ictimai asayişi pozduğu üçün, sakinlərin narahatlığına səbəb olduqlarından saxlanıla bilərlər. Çünki, homoseksuallar gecə saatlarında yol kənarlarına toplaşaraq avtomobil sürücülərinə də müştəri kimi yaxınlaşırlar. Bu isə yolda hərəkətə mane olur. Amma düşünürəm ki, homoseksualların QİÇS yayması xəbəri inandırıcı deyil. Çünki, İİV xəstəliyinin statistik göstəricilərində homoseksualların sayı çox az faiz təşkil edir”. 
Respublika QİÇS-lə Mübarizə Mərkəzidən də bildirdilər ki, ötən il Mərkəz tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1,9 faizində isə homoseksual kontakt nəticəsində yoluxma yolu müəyyən edilməyib.
Daxili İşlər Nazirliyindən də məlumatın həqiqəti əks etdirmədiyi bildirilib. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, son günlər Bakıda LGBT üzvlərinin saxlanıldığı barədə xəbərlər doğrudur, lakin bu hal kütləvi xarakter daşımır: "Vətəndaşların polisə daxil olan şikayətləri əsasında,  Bakı şəhərində əsasən gecələr “fəaliyyət” göstərən cinsi azlıqlara qarşı əməliyyat keçirilib. Hər hansı xüsusi bir səbəb olmayıb. Vətəndaşlar şikayət edib, polis də şikayətə əsasən əməliyyat keçirib”.
Nazirlik sözçüsü bildirib ki, mətbuatda saxlanılan şəxslərin arasında QİÇS-ə yoluxanların olduğu barədə xəbərlər yayılsa da, bu da həqiqəti əks etdirmir: “Bizim əlimizdə belə bir rəsmi məlumat yoxdur. QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi də bu məlumatı təsdiq etmədi. Ümumiyyətlə, polisin saxladığı adamlar sağlıq müayinəsindən keçirilir. Lakin onlardan hər hansı xəstəliyin tapılması barədə rəsmi məlumat yoxdur".

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz