Əlaqə Arxiv
news Image
2017.09.26
15:48
| A A A
Azərbaycanlı jurnalist beynəlxalq simpoziumda məruzə etdi

Türkiyənin Nevşəhər vilayət mərkəzindəki Hacı Bektaş Vəli Universitetində keçirilmiş Birinci Beynəlxalq İpəkyolu Akademik Araşdırmalar Simpozyumunun iştirakçıları sırasında “Xalq qəzeti”nin əməkdaşı, Bakı Dövlət Unversitetinin doktorantı, əməkdar jurnalist Namiq Əhmədov da olmuşdur. Bakıdan getmiş tədqiqatçının “Azərbaycan mətbuatı: 15 iyul FETO hadisələrindən bir gün sonra” mövzusunda məruzəsini iştirakçılar böyük marala qarşılamışlar. Təşkilat Komitəsi İpək yolu üzərində önəmli ölkələr olan Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin, tarixi dostluq və qardaşlığın bir daha sınaqdan çıxmasına həsr olunmuş mövzunun aktuallığını vurğulamış, soydaşımızın araşdırmasını Şərqdən Qərbə uzanan beynəlxalq yolun təhlükəsizliyinin təmin edilməsinə medianın göstərdiyi həssaslıq və informasiya dəstəyi baxımından faydalı saymışdır.

Məruzədə qeyd edilmişdir ki, 15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələri sıralarına sızmış Fətullahçı Terror Təşkilatının (FETÖ) gerçəkləşdirməyə çalışdığı hərbi çevriliş cəhdini türk millətinin demokratiyaya sədaqəti, konstitusiya quruluşunu qorumaq uğrunda göstərdiyi böyük dəyanət məğlub etmiş və bu mübarizədə media yönləndirici rol oynamışdır. Araşdırmada daha sonra göstərilmişdir ki, böhranlı iyul gecəsində baş verənlərin Azərbaycan mətbuatında, o çümlədən ölkənin gündəlik ictimai-siyasi nəşri olan “Xalq qəzeti”ndə operativ və geniş işıqlandırılması, obyektiv dəyərləndirilməsi araşdırmada mərkəzi yer tutmuşdur. Məruzədə FETO hadisələrindən sonrakı gün Azərbaycan mətbuatında qardaş Türkiyədə baş verənlərə və cevriliş cəhdinin anatomiyasına əhatəli yer ayrmısının hansı obyektiv amillərlə şərtləndiyinə də aydınlıq gətirmişdir.

Dünyanın 14 ölkəsindən gəlmış 400-dək elm və siyasət adamının, media təmsilçilərinin iştirak etdiyi konfrans üç gün davam etmişdir.

Sizin Reklam Yeriniz