Əlaqə Arxiv
news Image
2017.10.01
22:00
| A A A
Bakı metrosunda ürəyi yatdı

Bakı metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.

Movqe.az "Report"a istinadən bildirir ki,hadisə "Koroğlu" metrostansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.
Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən qəfil halı pisləşərək dünyasını dəyişib.
Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.
Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Sizin Reklam Yeriniz