Əlaqə Arxiv
news Image
2017.10.02
09:30
| A A A
Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

Bəzi hallarda allergiya əlamətləri ilə müşayiət olunan simptomlar digər xəstəliklərin əlamətləri olur.

Movqe.az immunitet.az-a istinadən bildirir ki, amma allergiyanın özünün törətdiyi əlamətlər və patolgiyaları nəzərə alaraq aşağıdakı allergiya xəstəliklərinin adlarını çəkmək olar:
Bişməcə - dəri üzərində qızartılarla müşayət olunan allergik xəstəlikdir.
Bronxit - allergiya səbəli əmələ gələn, bronxların iltihablaşması ilə nəticələnən allergik xəstəlikdir.
Sinusit - infeksiya və kimyəvi maddələrin, sinirlərin qıcıqlanması səbəli əmələ gələn allergik xəstəlikdir.
Dərman allergiyası - orqanizmin bəzi dərman preparatlarına qarşı verdiyi allergik reaksiyadır.
Qaşınma - yerli və ya bütün bədəndə müxtəlif səbəblərdən əmələ gələ bilən allergik xəstəlikdir.
Ağız gəlməsi - ağız boşluğunun hansısa bir yad cismə qarşı verdiyi allergik reaksiyadır.
Qurdeşən - dərinin müxtəlif nahiyələrinin qabarıb-qızarması ilə müşayət olunan allergik xəstəlikdir.
Rinit - burunda qaşınma, asqırma, burun axması ilə müşayət olunan allergik xəstəlikdir.
Konyuktivit - gözlərdə qaşıntı, qızartı, geyişmə və yaş axması il müşayiət edilən allergik xəstəlikdir.
Blefrit - gözün allergiyası səbəbindən göz qapaqlarının iltihablaşmasıdır.
Dermatit - dəridə qızartı və qabarmalarla müşayiət olunan allergik xəstəlikdir.
Keratosis pilaris - saç köklərinin iltihablaşması və baş qaşınması ilə müşayiət olunan allergik xəstəlikdir.
Quru dəri - bəzi sabunların dəridə yaratdığı allergik simptomdur.
Qida allergiyası - müxtəlif qidalara qarşı orqanizmin verdiyiy allergiya reaksiyasıdır.
Astma - müxtəlif allergiya xəstəliklərinin ağırlaşmasıdır.
Kontakt dermatit - hansısa bir yerə toxunan zaman orqanizmin verdiyi allergik reaksiyadır.
Anafilaktik şok - ən çox dərman və qida allergiyalarının verdiyi ağırlaşmadır. Anafilaktik şok ölümə səbəb ola bilir.

Sizin Reklam Yeriniz