news Image
2017.10.02
12:47
| A A A
Bakıda bu ərazilərdə sürüşmə sahələri aktivləşdi-Rəsmi açıqlama

Son günlər aramsız yağan yağışlar sürüşmə zonalarında aktivləşməyə səbəb olub. Bu barədə Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov məlumat verib. R. Həsənov bildirib ki, Abşeron rayonu ərazisində, “At yalı” adalanan ərazidə sürüşmə sahəsində aktivləşmə baş verib: “Bu ərazidə sürüşmənin aktivləşməsinə təbii amillərlə yanaşı texnogen amillər də təsir edir. Çünki həmin ərazidə əhali tərəfindən evlər tikilərkən dik yamacın şaquli kəsilməsi, yamaca müdaxilə halları baş verib. Bu da  atmosfer yağıntılarının dayanıqlığın itməsinə, nəticədə sürüşmə prosesinin sürətlənməsinə gətirib çıxardıb. O ərazinin geoloji qruluşu elədir ki, yaxınlıqda Höküməli  vullkanı yerləşir. Ərazinin geoloji quruluşunda, suxurların ekoloji tərkibində vulkan külləri iştirak edirlər. Kül islanan vaxtı yağışların təsirindən həmin çöküntülərin axıntı halına gəlməsi sürüşmə prosesinin baş verməsi ilə nəticələnir".

R, Həsənov bildirib ki, yağışların təsirindən Zığ sürüşmə zonasında da son günlər aktivlik qeydə alınıb. 

Zülfiyyə QULUYEVA 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs