news Image
2013.03.04
16:17
| A A A
"Parisdə azərbaycanlıları döyənlərin məsuliyyətə cəlb olunmasını istəyirik"
"Fransa döyülən azərbaycanlılarla bağlı Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, məsələ dərindən araşdırılmalıdır". Bu cinayəti törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ANS TV-nin "Hesabat" verilişində Mir Şahin Ağayevin "Parisdə döyülən azərbaycanlıların məsələsi Azərbaycan-Fransa münasibətlərinə ciddi təsir göstərə bilər. Bu hadisədən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin, bizim rəsmi mövqeyimiz nədən ibarətdir?" sualına cavabında bildirib.

Fransa Xarici İşlər Nazirliyinin rəsmi bəyanatının olduğunu deyən Elman Abdullayev qeyd edib ki, hərçənd bu, çox qısa bəyanat idi.
"İlk olaraq, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı oldu. Azərbaycanın Fransanın həm Xarici İşlər Nazirliyinə notası oldu, həm də Fransa Senatına müvafiq müraciət ünvanlandı. Lakin buna baxmayaraq, hələ bu günədək Fransa parlamentinin başçısı, prezidenti müvafiq dəyərləndirmə verməyib. Təbii ki, biz bu məsələnin dərindən araşdırılması, o şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını, eyni zamanda, Fransa parlamentində bu məsələnin kəskin şəkildə pislənməsini istəyirik",- deyə Azərbaycan XİN sözçüsü Elman Abdullayev vurğulayıb.