news Image
2017.10.03
11:55
| A A A
"Azəristiliktəchizat": "Ardıcıl 3 gün havanın temperaturu +8 dərəcədən aşağı düşərsə..."

Movqe.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.

Şöbə müdiri bildirib ki, ümumiyyətlə, binalara istiliyin verilməsi noyabrın 15-nə nəzərdə tutulub: "Yaşayış binalarına istiliyin verilməsi qış vaxtına keçidlə müəyyənləşir. Binalara istiliyin tez verilməsi hava şəraitinin kəskin pisləşməsi ilə bağlı ola bilər. Yəni temperatur 8 dərəcədən aşağı düşərsə və bu cür hava şəraiti 3 gündən artıq davam edərsə, həmin şəraitdə "Azəristiliktəchizat" binalara vaxtından əvvəl istilik verə bilər. Əks halda isə, qış vaxtına keçidi gözləyirik. Hələ ki, temperatur o qədər də aşağı deyil, ona görə də təcili istilik sisteminə keçidi planlaşdırmırıq".

R.Əliyev bildirib ki, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər müəssisələr arzu edərsə, onlara vaxtından əvvəl istilik verilə bilər: "Çünki bu cür obyektlərə istilik müqavilə əsasında verilir və müqavilədə 5 ay nəzərdə tutulur. Amma bu obyektlər hava şəraiti ilə bağlı istiliyin tez verilməsini istəsələr, müqaviləyə dəyişiklik edilməlidir. Bunun üçün isə həmin obyekt əlavə pul ödəməlidir".
Qeyd edək ki, bu il hava qəfildən soyuyub. Sentyabrın son ongünlüyünün əvvəlinədək Bakıda və Abşeron yarımadasında 35 dərəcəyə kimi isti olub. Lakin sentyabrın 27-də havanın temperaturu 19-22 dərəcəyə enib.

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs