Əlaqə Arxiv
news Image
2017.10.03
13:37
| A A A
Şamaxıda qadın faciəyə səbəb oldu: Əri və qızı öldü

Şamaxıda dəhşətli yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, oktyabrın 2-də saat 9 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində Bakı şəhər sakini Gülnar Hüseynovanın və Ağsu rayon sakini İlqar İbrahimovun idarə etdikləri “Mercedes” markalı iki avtomobil toqquşub.

Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman, qızı Nigar, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinləri xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz