Əlaqə Arxiv
news Image
2017.10.03
17:39
| A A A
Ermənistan Kürü zəhərləyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən Movqe.az-a bildirilib ki, sentyabrın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi sentyabrın ikinci ongünlüyünə nisbətən saniyədə 10 kubmetr artaraq saniyədə 76,4 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda və Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Sentyabrın üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə və Bəhramtəpədə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6,99-7,20 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.

Sizin Reklam Yeriniz