news Image
2017.10.03
17:38
| A A A
Hökumət "Azərsu"ya 178 mln. manat subsidiya ayırıb

Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il və 17  mart 2017-ci il tarixli sərəncamlarına asasan "Azərsu" ASC-yə müvafiq olaraq 149,5 mln. manat və 14 mln. manat məbləğində subsidiyalar ayrılıb.

Movqe.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin 2016-cı il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında deyilir.

Sənəddə vurğulanıb ki, subsidiyalar cari infrastruktur layihələrinin tikintisi və su təchizatı sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulub.

Bundan başqa, Nazirlər Kabinetinin 18 aprel 2017-ci il tarixli sərəncamına uyğun olaraq cari infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14,7 mln. məbləğində maddi yardım ayrılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs