news Image
2013.03.05
10:35
| A A A
Ermənilər atəşkəsi pozub
Düşmən cavab atəşi ilə susdurulub Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.