news Image
2017.10.06
12:44
| A A A
Bakıda 30-a yaxın məktəbə yeni direktor təyin olunub

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərlərinin əmək müqavilələri yaş həddinə çatma, fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozma ilə əlaqədar ləğv edilib.