Əlaqə Arxiv
news Image
2017.10.06
13:12
| A A A
Hamburqerlərin arasında müştərilərə narkotik verən "Mc Donalds" işçisi tutuldu - FOTO

Alıcılarına gizli yolla narkotik maddə satan "Mc Donalds" fəst-fud restoranının meneceri tutulub.

Movqe.az  milli.az-a istinadla xəbər verir ki, Nyu Yorkun Bronks səmtində 24 saat fəaliyyət göstərən "Mc Donalds"da müştərilərinə hamburqer və fri paketinin arasında narkotik maddə ötürən menecer Frank Guerrero saxlanılıb.

Gecə növbəsində işləyən 26 yaşlı menecer narkotik maddə satdığını etiraf edib. O, ifadəsində bildirib ki, indiyə qədər təxminən 11 min fund sterlinqlik narkotik maddə satıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz