news Image
2017.10.08
14:45
| A A A
Qanada yanacaqdoldurma məntəqəsi partlayıb: 6 ölü, 45 yaralı

Qanada yanacaqdoldurma məntəqəsi partlayıb.

Movqe.az  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər həlak olub, 45 nəfər isə yaralanıb.

Məlumata əsasən, yaralananlardan 35-i xəstəxanalardadır, 4-nün vəziyyəti ağırdır. Partlayışdan sonra başlayan yanğında 20 avtomobil yararsız vəziyyətə düşüb.