Əlaqə Arxiv
news Image
2017.10.08
22:11
| A A A
Moskvada ticarət mərkəzində yanğın baş verib, xəsarət alanlar var

Moskva yaxınlığında ticarət mərkəzində baş verən yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Movqe.az  APA-ya istinadən xəbər verir ki, onlardan biri xəstəxanaya çatdırılıb, digərinə hadisə yerinə cəlb olunan təcili tibbi yardım tərəfindən ambulator yardım göstərilib.

Moskva dairəvi avtomobil yolunun 65-ci kilometrliyində yerləşən "Sindika" ticarət mərkəzində yanğın 55 min kvadrat metr ərazini əhatə edib. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
 
Ümumi sahəsi 150 min kvadrat metr təşkil edən "Sindika" ticarət mərkəzi yenidənqurma işlərindən sonra 2014-cü ildən fəaliyyət göstərir. Mərkəzdə inşaat və tikinti malları satılır.

Sizin Reklam Yeriniz