Əlaqə Arxiv
news Image
2017.10.09
10:10
| A A A
Alpaqut döyüş sənəti beynəlxalq etnospor konfederasiyasına təqdim olunub

        7-8 oktyabr 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində, Türkiyə prezidentinin oğlu  Bilal Erdoğanın rəhbərliyi altında Beynəlxalq Etnospor  Konfederasiyasının toplantısı keçirilmişdir. 

Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızstan, Özbəkistan,  Türkmənistan, Tacikistan,  İran, Qətər, Monqolustan, Rusiya (Buryatiya, Yakutiya) Ukrayna  ölkələrindən olan nümayəndə heyəti iştirak etmişdir. Azərbaycanı bu mötəbər beynəlxalq tədbirdə Alpaqut Döyüş sənətinin qurucusu, Dünya Alpaqut  Federasiyasının idarə heyətinin sədri Kutsan Vasif Namazov təmsil etmişdir.
           O, türk etnosun savaş sənəti haqqında məlumat vermiş və Alpaqut Turan döyüş sənətini qonaqlara təqdim etmişdir.

Sizin Reklam Yeriniz