Əlaqə Arxiv
news Image
2017.10.10
09:15
| A A A
Özəl teleradiolardan dilimizə gələn təhdidlər
Cahangir Məmmədli: “Aparıcıları seçərkən onun dil bilgisinə xüsusi diqqət yetirilməlidir”

Xəbər verildiyi kimi, oktyabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib. Prezident İlham Əliyevin tapşırığı ilə keçirilən konfransda dilçi alimlər, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri iştirak ediblər. 

Konfransda səslələnən fikirlərdən bəlli olur ki, ədəbi dil normaları teleradio efirlərində hələ də xeyli dərəcədə pozulur.  Mövzu ilə bağlı “Mövqe”yə münasibət bildirən Azərbaycanın tanınmış jurnalisti, Bakı Dövlət Universitenin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri professor  Cahangir Məmmədli vurğuladı ki, bu tədbir cənab Prezidentin tapşırığı ilə olduğuna görə, KİV bu məsələyə çox ciddi yanaşmalıdır: “Eyni zamanda cənab Əli Həsənovun başçlığı ilə dilçilik elminin nümayəndələri, redaktorlar, televiziya rəhbərlərinin iştirakı konfransın nə qədər vacib olduğunu ortaya qoydu. 
Dil millətin varlığını sübut edən faktordur. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunu müəyyən etdi. Çünki dil xalq üçün vacib amildir. Əvvəllər ədəbi dilimizi bədii ədəbiyyat zənginləşdirirdi. Amma bu gün ədəbiyyat o işi görə bilmir. KİV o qədər güzgüdür ki, artıq bütün məsələlərdə ilk sıraya keçib. Ona görə də KİV-də dilə çox ehtiyatla yanaşmaq lazımdır. Dili qorumaq və zənginləşdirmək işində KİV-in, xüsusu ilə də televiziyların üzərinə böyük məsuliyyət düşür. 
Televiziya elə bir informasiya vasitəsidir ki, ona bütün təbəqələr baxır. Odur ki, Azərbaycan dilinin mətbuat üsulubunun, xüsusi ilə ədəbi dilin formalaşmasında televiziyanın böyük rolu var. Təsadüfi deyil ki, tədbirdə televiziyanın ədəbi dilə olan münasibəti ətrafında da xeyli söhbətlər aparıldı. Nəzərə alaq ki, dilin bütün komponentləri televizya aparıcısının  bacarığında ifadə olunur. Aparıcı dili zənginləşdirə də, korlaya da bilər. Bu mənada aparıcıları seçərkən onun dil bilgisinə xüsusi diqqət yetirilməlidir. Mətnləri yazanlar, reportyorlar dilin zərifliyini qorumağa borcludurlar. Ümumiyətlə, hər bir kəs Azərbaycan dilini qorumalıdır”.
Cahangir Məmmədli əlavə etdi ki, Azərbaycan ədəbi dili Azərbaycan Televiziyasında və İctimai Televiziyada xüsusi ilə qorunur: “Çünki hər iki kanalda aparıcılar peşəkardırlar. Hətta verilişə gələnlər də mövzu bərabər Azərbaycan dilinin qayda-qanunlarına riayət edən adamlar olur. Bu mənada kanallarımıza örnəklər var. Onlarda həmin örnəklərdən öyrənmək təşəbbüsü olmalıdır. Ancaq qəzet və internet saytlarımız haqqında bunu demək çətindir. Həmin platformalarda Azərbaycan dilinə o qədər də dərindən bələd olmayan insanlar fəaliyyət göstərir. Hansı ki, adi bir alınma sözün qarşlığını axtarmaqda belə ərincəklik edirlər”.
Professor nöqsanların aradan qaldırılmasında ən effektv yolun maarifləndirmə olduğunu düşünür: “Ancaq cərimə məsələsinə gəldikdə, bu, redaktora və ya televiziyanın rəhbərinə yönəlik olmalıdır. Bütün hallarda dil müqəddəs fenomendir. Ona cərimə yaraşmır. Bu məsələdə maarfləndirici işlər öndə olmalıdır. Konfransda bu məsələ də gündəmə gətirildi ki, xüsusi ilə dövlət büdcəsi ilə maliyyələşən kanallar Azərbaycan dili ilə bağlı proqramlar hazırlamalıdırlar. Düzdür, Azərbaycan Televiziyasında bu cür proqram var. Ancaq bu işi daha da genişləndirmək lazımdır. Eyni zamanda İctimai Televiziya özünün azərbaycançılıq ideologiyası xidməti ilə həmişə seçilmiş kanal olub. Yəqin ki, İctimai Televiziya da maarifləndirmə istiqamətində ciddi proqram siyasəti həyata keçirəcək”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz