Əlaqə Arxiv
news Image
2017.11.18
17:30
| A A A
Bu ölkədə çimərlikdə siqaret çəkmək qadağan edildi

Tailand hökuməti 20 turistik çimərlik bölgəsində siqaret çəkilməsini qadağan edib.

Movqe.az-ın məlumatına görə, qadağa noyabr ayından etibarən qüvvəyə minəcək.

Qərarın verilməsinə səbəb olaraq, siqaret kötüklərinin ətraf mühitə ziyan vurması göstərilib. Bir müddət əvvəl Phuket adasındakı Patonq çimərliyində aparılan yoxlamalarda bölgənin siqaret kötükləri ilə zibilləndiyi aşkar edilib.

Qeyd olunur ki, qadağa Andaman dənizi və Siam körfəzi sahillərindəki çimərliklərə şamil ediləcək.

Sahilyanı zonalarda siqaret çəkənlər üçün xüsusi zonalar yaradılacaq.

trend

Sizin Reklam Yeriniz