Əlaqə Arxiv
news Image
2017.10.11
15:40
| A A A
Gömrükçülər 37 ədəd fişəng aşkarladı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin 4 qapısının hər birinin örtüklərinin arxasından üzərində "Mega Black Devil P23" sözləri yazılan və hər birində 40 ədəd olmaqla 36 qutu pirotexniki vasitə- petarda, üzərində "Sterminator" sözləri yazılan hər birində 12 ədəd olmaqla 37 qutu fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz