Əlaqə Arxiv
news Image
2017.10.12
14:32
| A A A
Sabahın havası

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz