news Image
2017.10.12
20:00
| A A A
“Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib
Təqdimat mərasimində çıxış edənlər mövzunun vacibliyi və aktuallığından söz açıblar

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində oktyabr ayının 12-də “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı keçirilib.

movqe.az-ın məlumatına görə, mərkəzin Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunda Ermənistanın Azərbaycana, Türkiyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı” tələblərində, fövqəlgüclərin regiondakı geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən, və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən, “Kimliyə qayıdış” və “Qarabağa dönüş” planlarından bəhs olunur.
Tədbirdə Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Musa Qasımlı, elmi rəyçilərindən tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif – Araz Qurbanov çıxış edərək tədqiqat işinin yeniliyi və mahiyyətinə toxunublar, əsərdə əksini tapan süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilən təhdidlər barədə məlumat veriblər, onların neytrallaşdırılmasında düzgün və məqsədyönlü təbliğat işinin əhəmiyyətini vurğulayıblar.
Təqdimat mərasimində çıxış edənlər mövzunun vacibliyi və aktuallığından söz açıblar.
Tədbirdə alimlər, siyasi və hərbi ekspertlər və KİV təmsilçiləri iştirak ediblər. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs