Əlaqə Arxiv
news Image
2017.10.12
21:00
| A A A
Nazir: "Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb"

“Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Statistika ümidvericidir”. Movqe.az-ın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 
Nazir bildirib ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb: “Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur”.
 
Ə. Qarayev qeyd edib ki, bu ilin 8 ayında Azərbaycana gələn turistlərin nağdsız ödənişləri 703 milyon manatı ötüb. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin xərclədikləri vəsait xarici ölkələrə üz tutan azərbaycanlıların xərclədikləri vəsaitdən çox olub: “Biz təhlil apardıq, nəticədə 100 milyon manatlıq müsbət saldo yarandı”. 

Sizin Reklam Yeriniz